Paşinyanın fraksiyasının deputatı: “195 nəfər itkin düşüb, onlardan 88-nin DNT uyğunluğu var”

2023/12/image-1701677212.jpg
Oxunub: 319     17:54     04 Dekabr 2023    
Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Vilen Qabrielyan 18 gündür aclıq aksiyası keçirən itkin düşmüş erməni hərbi qulluqçu Henrix Muradyanın əmisi Qor Muradyanla görüşüb.

Ordu.az-ın xəbərinə görə, Qabrielyan deyib ki, Muradyanın bu cür ifrat addım atmasının səbəbləri, qaldırılan tələblər, o cümlədən problemlərin həlli yolları və aclıq aksiyasını dayandırmaq üçün mümkün şərtlər müzakirə olunub.

“Mən cənab Muradyanı əmin etdim ki, onun qaldırdığı məsələləri müvafiq ünvançılara çatdıracam. Buna uyğun olaraq aşağıdakıları qaldırıram: 44 günlük müharibədən sonra indiyə qədər məndə olan məlumata görə, 195 nəfər itkin düşüb, əlimizdə onlardan 88-nin DNT-nin uyğunluğu var, lakin yaxınları bunu qəbul etməkdən imtina edirlər”, - deyə o bildirib.

Qabrielyan vurğulayıb ki, bu müddət ərzində obyektiv və subyektiv səbəblərdən proses bir çox problemlərlə davam edib, buna görə də itkin düşənlərin yaxınları dəfələrlə öz şikayətlərini bildiriblər.

“Bütün bunlara görə ciddi inamsızlıq mühiti yaranıb. Bu inamsızlığı aradan qaldırmaq lazımdır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin