“Hraparak”: Əslində yeni sahiblərimizin, yəni türklərin rəğbətini və razılığını gözləyirik

2023/12/image-1701677127.jpg
Oxunub: 301     17:33     04 Dekabr 2023    
“Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsi fəaliyyətə hazırdır və erməni tərəfi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı Türkiyə tərəfdən müsbət siqnallar alacağını gözləyir”.

Ordu.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi bu barədə “Sputnik Armenia”nın sorğusuna cavab olaraq bildirib.

Ermənistanın “Hraparak” nəşri yazır ki, sərhəd-keçid məntəqəsinin inşası sürətlə gedib, bazar günləri də dayanmayıb.

“Bu barədə “Hraparak”a Marqara sakinləri məlumat verib. Onlar Ermənistan-Türkiyə sərhədinin açılmasını səbirsizliklə gözləyən bəzi həmkəndlilərinin coşqusunu anlamırdılar. Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan sözünün üstündə durub, noyabrın ortalarında elan edib ki, keçid məntəqəsinin inşası tezliklə başa çatacaq. Və budur, keçid məntəqəsi hazırdır”, - deyə nəşr bildirib.

Müəllif vurğulayıb ki, əslində, Ermənistan səlahiyyətliləri həqiqətən ehtiyac duyduqları şeyi tez həyata keçirməyi bacarırlar.

“İndi biz səbirsizliklə üçüncü dövlətlərin vətəndaşlarının və diplomatik şəxslərin həmin keçid məntəqəsindən Ermənistana daxil olmasını gözləyirik və əslində yeni sahiblərimizin, yəni türklərin rəğbətini və razılığını gözləyirik”, - deyə əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə   Marqara  


Bizi "telegram"da izləyin