“Ermənistanın müdafiə naziri ordunun resurslarından istifadə edərək orqanlara təzyiqlər göstərir” - Zurabyan

2023/12/1701676881.jpg
Oxunub: 233     16:29     04 Dekabr 2023    
“Təhlükəsizliyimizi və Qarabağı məhv edən hakimiyyət demokratiyadan bir nailiyyət kimi danışır, sanki seçkilərdə qalib gələn müxalifət nümayəndələrinə yerli özünüidarəetmə orqanlarında idarəetmə həyata keçirməyə imkan verirlər, ancaq bunun reallıqla heç bir əlaqəsi yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.

Onun sözlərinə görə, Paşinyanın partiyasının noyabrın 23-də keçirilən kollegiya iclasında müxalifətçi olan icma başçılarının əlindən hakimiyyətin necə alına biləcəyi müzakirə olunub.

“Qərara gəliblər ki, Alaverdi icmasının başçısından hakimiyyəti almaq üçün hücuma keçməyin vaxtıdır. Bu, ümumi tətbiqdir. Nikol Paşinyan indi Stalinin şüarını dəyişərək bildirib ki, kimin seçməsi vacib deyil, önəmli olan cəza maşınının kimin əlində olmasıdır”, - deyə Zurabyan qeyd edib.

Zurabyan bildirib ki, Ermənistanın müdafiə naziri Suren Papikyan ordunun resurslarından istifadə edərək, yerli özünüidarəetmə orqanlarına təzyiqlər göstərir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Ordu  


Bizi "telegram"da izləyin