Erməni politoloq: “Paşinyan sülhə nail olmaq istəyirsə, Rusiyanın maraqlarını nəzərə almalıdır”

2023/12/1701676814.jpg
Oxunub: 4868     16:12     04 Dekabr 2023    
“Əgər Nikol Paşinyan regionda sülhə nail olmaq istəyirsə, o, bir növ Rusiyanın maraqlarını nəzərə almalıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Robert Marqaryan deyib.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistana bir çox tələbləri var.

Marqaryan bildirib ki, Azərbaycan həmin tələblərə çatana qədər sülh müqaviləsini imzalamayacağı aydındır.

“Tez-tez deyirlər ki, onlar Ermənistana ilkin şərtlər irəli sürüblər, lakin Ermənistan uzun müddət cavab verməyib. Elə şeylər var ki, ağrılı və təhlükəlidir, Paşinyan kimi hər şeyi verən adam belə o qədərini verməyə razı deyil. Azərbaycan maksimuma nail olmağa çalışacaq”, - deyə erməni politoloq vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin