Erməni siyasi xadim: “Ordumuzun formasını “murdarlamayan” və ya təhqir edən hindistanlı kuryer deyil”

2023/12/1701676732.jpg
Oxunub: 2200     15:49     04 Dekabr 2023    
“Ordumuzun formasını “murdarlamayan” və ya təhqir edən hindistanlı kuryer deyil”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Qaqik Hambaryan sosial şəbəkə hesabında yazıb.

“Həqiqətən bizim hərbi geyimlərimizi murdarlayan, hörmətsizlik edən insanlara “cənab”, “xanım” deyə müraciət edildiyi halda, bu “hind” qalmaqalı təəccüblü idi... Əziz dostlar, ümumiyyətlə, məğlubiyyətdən sonra kapitulyant Nikolu seçənlərin hərbi formanı ləkələməkdən danışmağa haqqı yoxdur, çünki ilk növbədə özləri seçimləri ilə həm əsgərə, həm də orduya hörmətsizlik ediblər”, -deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Forma  


Bizi "telegram"da izləyin