Erməni politoloq: “Artıq 3200 erməni yük maşınının dayandığı Larsa gedən yol açılmasa, iqtisadi çöküşün qarşısını almaq üçün nə ediləcək?”

2023/12/1701676654.jpg
Oxunub: 4337     15:32     04 Dekabr 2023    
“Mövcud siyasi vəziyyət hazırkı siyasi rəhbərlikdən/icra hakimiyyətinin rəhbərlərindən və ilk növbədə Baş nazirdən ictimaiyyətin zehnini və ruhunu fırtınalandıran bir sıra suallara cavab verməyi tələb edir”.

Ordu.az xəbər verir ki, erməni politoloq Qarik Keryan “Facebook” səhifəsində yazıb.

Keryan sual verib ki, artıq 3200 erməni yük maşınının dayandığı Larsa gedən yol açılmasa, iqtisadi çöküşün qarşısını almaq üçün nə ediləcək?

“Rusiya qazının və benzininin tədarükü cəza addımı ilə dayandırılarsa və ya bazar-beynəlxalq qiymətlərlə təmin olunmağa davam edərsə, enerji sisteminin mövcudluğunu və fəaliyyətini təmin etmək üçün çıxış yolları varmı? Rusiyadan Ermənistana köçürmələrə qadağa qoyularsa, əhalimizə dəyə biləcək zərərlər hesablanıb? Qərblə müharibənin diktə etdiyi indiki Rusiya-Türkiyə-Azərbaycan kooperativ formatından və Rusiya-İran birgə anti-Qərb mövqeyindən irəli gələn təhlükələr qiymətləndirilib və hesablanıb?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Lars  


Bizi "telegram"da izləyin