“Dövlət borcu iqtisadi aktivlikdən daha aktiv şəkildə artır, 2024-cü ildə də büdcə dəstəyi kreditləri ilə artacaq” - Erməni iqtisadçı

2023/12/1701676569.jpg
Oxunub: 6331     15:15     04 Dekabr 2023    
“Büdcədə həqiqətən suallar doğuran rəqəmlər var”.

Ordu.az xəbər verir ki, bunu Daşnaksütun təşkilatının üzvü, erməni iqtisadçı Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin ehtiyat fonduna ayrılacaq vəsaitdə görünməmiş artım qeydə alınıb, bundan da belə ehtimal etmək olar ki, fors-major vəziyyət yaranacaq və təsirin azaldılması üçün artıq külli miqdarda vəsait nəzərdə tutulub.

“Ermənistan sahib olduğu istiqamətləri inkişaf etdirməli, qarşılıqlı iqtisadi münasibətləri tənzimləməli, başqa yollar üzərində düşünməlidir. Bir vacib faktı da qeyd edək ki, onların kəsişmə adlandırdıqları özlərinin istəklərindən sadəcə biridir, çox axıcıdır və bunda yüksək dozada inamsızlıq var. Dövlət borcu iqtisadi aktivlikdən daha aktiv şəkildə artır, 2024-cü ildə də büdcə dəstəyi kreditləri ilə artacaq”, - deyə Qriqoryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dövlət-borcu  


Bizi "telegram"da izləyin