Keçmiş erməni deputat Kərim Vəliyevin səfərindən təşvişə düşüb: “Azərbaycanın əməliyyatlara getmək planı var”

2023/12/c4a60-1701673001.jpg
Oxunub: 7858     14:16     04 Dekabr 2023    
“Azərbaycanın əməliyyatlara getmək planı var”.

Ordu.az xəbər verir ki, bunu erməni azərbaycanşünas, Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının keçmiş deputatı Tatevik Hayrapetyan deyib.

O qeyd edib ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olublar.

“Bu, bir daha sübut edir ki, Azərbaycanın əməliyyatlar planı var və bunun qarşısını ancaq dövlətyönlü hökumət formalaşdırmaq və peşəkar diplomatiya tətbiq etməklə almaq olar”, - deyə Hayrapetyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Əməliyyat/  


Bizi "telegram"da izləyin