İran Naxçıvana yeni Baş konsul təyin edib

2023/12/1701624672.jpg
Oxunub: 2585     21:30     03 Dekabr 2023    
İran Naxçıvana yeni Baş konsul təyin edib.

Ordu.az xəbər verir ki, Əziz Mənsuri İranın Naxçıvan Muxtar Respublikasındakı yeni Baş konsulu təyin olunub.

O, bu vəzifədə Seyid Əhməd Hüseynini əvəz edib.

Qeyd edək ki, yeni Baş konsul Təbrizdə Şərqi Azərbaycan valisi ilə görüşüb.

Əziz Mənsuri görüşdə Naxçıvan Muxtar Respublikası ilə münasibətlərə toxunaraq İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsində Şərqi Azərbaycan vilayəti ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Vali də öz növbəsində İran-Azərbaycan münasibətlərində Naxçıvanın önəmini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Naxçıvan  


Bizi "telegram"da izləyin