Qəzza zolağında ölənlərin sayı 15 523 nəfərə çatıb

2023/12/1701503277.jpg
Oxunub: 5630     18:16     03 Dekabr 2023    
Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 15 523 nəfərə çatıb.

Ordu.az-ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Eyni zamanda 41 316 şəxs müxtəlif xəsarətlər alıb.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   HƏMAS  


Bizi "telegram"da izləyin