İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 800 yeraltı tunelini aşkar edib

2023/06/2023--1687159851.jpg
Oxunub: 308     16:19     03 Dekabr 2023    
İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının 800-dən çox yeraltı tunelini aşkarlayıb və onlardan 500-ə yaxınını müxtəlif vasitələrlə məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İDF əsgərləri HAMAS-ın 800-dən çox yeraltı tunel şaxtasını aşkar ediblər. Partlayıcı maddələr və bloklar da daxil olmaqla, müxtəlif əməliyyat üsullarından istifadə edilməklə 500-ə yaxın tunel məhv edilib”, - məlumatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, “tunel şaxtaları yaşayış massivlərində, bir çoxu məktəb, uşaq bağçası, məscid və uşaq meydançaları kimi mülki bina və tikililərin yaxınlığında yerləşirdi”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza   HƏMAS  


Bizi "telegram"da izləyin