Türkiyə vətəndaşlarının Qəzzadan təxliyə işləri bərpa edilib

2023/11/1699513747.jpg
Oxunub: 7252     13:11     03 Dekabr 2023    
Türkiyə vətəndaşlarının Qəzza zolağından təxliyə işləri bərpa edilib.

Ordu.az-ın məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli açıqlayıb.

Bildirilib ki, bu çərçivədə dekabrın 2-də Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla ümumilikdə 142 nəfər Qəzzadan Misirə keçirilib. Bu şəxslərin bu gün axşam saatlarında Qahirədən İstanbula gətirilməsi planlaşdırılır.

Təxliyələr davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qəzza  


Bizi "telegram"da izləyin