ABŞ ordusu Hind-Sakit okean regionunda raketlər yerləşdirmək planlarını açıqlayıb

2023/11/89a83-1700740880.jpg
Oxunub: 8581     11:15     03 Dekabr 2023    
ABŞ 2024-cü ilə qədər Hind-Sakit okean regionunda yerüstü orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ ordusunun Sakit Okean Komandanlığının nümayəndəsi Rob Fillipsin bəyanatına istinadən “Nikkei Asia” məlumat yayıb.

Onun sözlərinə görə, potensial uçuş məsafəsi 500-dən 2,7 min kilometrə qədər olan SM-6 zenit raketinin və “Tomaqavk” qanadlı raketinin yerüstü prototiplərinin yerləşdirilməsi planlaşdırılır.

Bunun “ÇXR-i cilovlamağa yönəlmiş strateji addım” olacağı gözlənilir. Nəşrdə qeyd edildiyi kimi, Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsinin ləğvi “ABŞ-a Çinin geniş analoji raket arsenalına qarşı durmağa imkan verdi”.

Nəşrin məlumatına görə, yerləşdirmənin dəqiq vaxtı və yerləri hələ də gizli saxlanılır, açıqlanmır, lakin çox güman ki, ABŞ ilk olaraq Quam adasında raket birləşmələrini yerləşdirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu   Hind-Sakit-okean-regionu  


Bizi "telegram"da izləyin