Britaniyanın HHQ girovları axtarmaq üçün Qəzzada kəşfiyyat uçuşları keçirəcək

2023/11/1701148379.jpg
Oxunub: 6538     11:04     03 Dekabr 2023    
Britaniyanın hərbi təyyarələri HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsini asanlaşdırmaq üçün Şərqi Aralıq dənizi üzərində, o cümlədən İsrail və Qəzza zolağı üzərində kəşfiyyat uçuşları həyata keçirəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə “Jerusalem Post” Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən xəbər verib.

"2023-cü il oktyabrın 7-də İsrailə qarşı törədilən terror aktlarından sonra Böyük Britaniya hökuməti girovların, o cümlədən oğurlanmış Britaniya vətəndaşlarının azad edilməsi üçün regiondakı tərəfdaşları ilə işləyir. Böyük Britaniya vətəndaşlarının təhlükəsizliyi bizim əsas prioritetimizdir", - bəyanatda deyilir.

Qeyd edilir ki, müşahidə təyyarələri silahlı olmayacaq, döyüş əməliyyatlarında iştirak etməyəcək və onların rolu girovların axtarışı ilə məhdudlaşacaq.

Qəzzada döyüşlər ötən həftənin cümə günü tərəflərin 7 günlük atəşkəsin uzadılmasına nail ola bilməməsindən sonra yenidən başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi HƏMAS-ı atəşkəs razılaşmasının şərtlərini pozmaqda ittiham edib, çünki qrupun yaraqlıları İsrail ərazisinə raket zərbələri endirib və girovluqda olan israillilərin azad edilməsini dayandırıb.

Razılaşmaya görə, HƏMAS atəşkəsin hər günü üçün 10 qadın və uşağı, İsrail isə hər girov üçün üç fələstinlini girovluqdan azad etməli idi.

Atəşkəsdən 7 gün sonra HƏMAS 104 girovu - 80 israillini və 24 əcnəbini azad edib. İsrail də öz növbəsində 240 fələstinli girovu azad edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   HHQ   Qəzza  


Bizi "telegram"da izləyin