Pentaqon rəhbəri: "Rusiyanın Ukraynaya təcavüzünün nəticəsi onilliklər ərzində qlobal təhlükəsizliyi müəyyən edəcək"

2021/09/61534-1632850624.jpg
Oxunub: 2741     07:28     03 Dekabr 2023    
Ukrayna Amerika üçün böyük əhəmiyyət kəsb edir və müharibənin nəticəsi dünyanın gələcəyini müəyyən edəcək.

Ordu.az-ın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin brifinq zamanı deyib.

Ostinin sözlərinə görə, Rusiya ordusu təkcə Ukrayna qoşunları sayəsində deyil, həm də ABŞ rəhbərliyinin işinin nəticələri sayəsində zəifləyib.

“İlk növbədə, bu, inanılmaz dərəcədə cəsur Ukrayna qoşunlarının sayəsindədir. Lakin Ukraynanın nailiyyətləri həm də ikipartiyalı ABŞ rəhbərliyinin və bizim qurduğumuz 50-yə yaxın ölkənin koalisiyasının nəticəsidir”, - Ostin bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin