Filippində universitetdə terror aktı olub, ölən və yaralananlar var

2023/12/656be-1701579572.jpg
Oxunub: 4558     06:26     03 Dekabr 2023    
Filippinin cənubunda universitetin idman zalında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Ordu.az-ın məlumatına görə, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən “Manila Bulletin” məlumat yayıb.

"Dekabrın 3-də Maravi şəhərində kütləvi aksiya zamanı partlayış baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb", - məlumatda deyilir.

Portalın məlumatına görə, partlayış Mindanao Dövlət Universitetinin binasında katolik mərasimi zamanı baş verib.

Polisin məlumatına görə, hazırda qumbara, yoxsa əldəqayırma partlayıcıdan istifadə edildiyi məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Terror  


Bizi "telegram"da izləyin