Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb

2023/09/1693990344.jpg
Oxunub: 3261     16:53     02 Dekabr 2023    
Fransa Prezidenti Birləşmiş Ərəb Əmirliklərində keçirdiyi ikitərəfli görüşlərdə İsrail və HAMAS arasındakı müharibəni və Qəzzadakı vəziyyəti müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Dubayda keçirilən İqlim Dəyişikliyi üzrə BMT Konftansı çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

“HAMAS-ın oktyabrda terror hücumundan sonra biz təhlükəsizliklə bağlı təşəbbüs irəli sürdük ki, bu üç sütuna əsaslanır; hər kəs üçün təhlükəsizlik, humanitar yardım və siyasi həll yolu. Region təmsilçilər ilə görüşlərimdə də bu təşəbbüsü təşviq etdim", - Makron deyib.

O, iki dövlətli həll yolunun vacibliyini vurğulayıb.

Xatırladaq ki, Fransa Prezidenti Dubayda keçirilən İqlim Dəyişikliyi üzrə BMT Konfransında iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   BƏƏ  


Bizi "telegram"da izləyin