Ərdoğan ABŞ-ni ittiham edib

2023/09/1695726093.jpg
Oxunub: 7822     14:30     02 Dekabr 2023    
“Başda ABŞ olmaqla bir çox Qərb dövlətləri Türkiyə ilə Yunanıstan arasında gərginliyin artmasına çalışır”.

Ordu.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasından qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, ABŞ pulunun ödənilməsinə baxmayaraq, hələ də Türkiyəyə F-16 qırıcı təyyarələrini vermir: “Amma Yunanıstana bu qırıcılar göndərilir. Biz yolumuza davam edəcəyik. Əlbəttə, mövqelərimizdə fərqliliklər var. Həlli dərhal mümkün olmayan problemlər də mövcuddur. Amma o problemləri həll edə biləcək tezislərə də sahibik”.

R.T.Ərdoğan söyləyib ki, yeni bir dövr başlayarsa, hər kəs verdiyi vədi yerinə yetirərsə, xarici təsirlər neytrallaşarsa, bundan hamı qazanar: “Bizim xarici siyasətimiz “daim biz qazanaq, qarşımdakı uduzsun” prinsipi üzərində qurulmayıb”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   ABŞ  


Bizi "telegram"da izləyin