Rusiya Müdafiə Nazirliyi Artemovsk qəsəbəsinin ələ keçirildiyini bildirib

2023/10/65394-1698256656.jpg
Oxunub: 4821     14:20     02 Dekabr 2023    
Rusiya Müdafiə Nazirliyi dekabrın 2-də məlumat yayaraq, Baxmut yaxınlığında Artemovsk qəsəbəsinin ələ keçirildiyini bildirib.

Ordu.az xəbər verir ki, nazirlik Donetsk istiqamətində qoşunların “Cənub” qruplaşmasının aviasiyanın və artilleriyanın köməyi ilə mövqeləri yaxşılaşdırdıqlarını, Artemovsk yaşayış məntəqəsinin ələ keçirildiyini bəyan edib.

Qeyd edək ki, Artemovsk Baxmut şəhəri yaxınlığındadır. Baxmut şəhəri uğrunda Rusiya və Ukrayna qoşunları arasında 2023-cü il ərzində ağır döyüşlər gedir, tərəflər şəhərin müxtəlif yerlərinə nəzarət edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Artemovsk  


Bizi "telegram"da izləyin