Türkiyə Yunanıstanı qabaqlayaraq, 40 ədəd “Eurofighter Typhoon” təyyarəsini inventarına əlavə etməyi hədəfləyir

2023/12/1701510025.jpg
Oxunub: 8350     14:39     02 Dekabr 2023    
Türkiyə hava qüvvələrində zəifliyin yaranmaması üçün Yunanıstanın 2028-ci ildə F-35 döyüş təyyarələrinə sahib olmasından təxminən iki il əvvəl, 2026-cı ildə 40 ədəd “Eurofighter Typhoon” təyyarəsini inventarına əlavə etməyi hədəfləyir.

Ordu.az xəbər verir ki, təyyarənin ilk partiyası tezliklə tədarük ediləcək.

Döyüş təyyarəsi pilotlarının, uçuşdan əvvəl və uçuşdan sonra yerüstü texniki xidmət heyətinin hazırlığı da 2 il ərzində tamamlanacaq.

Beləliklə, “Eurofighter” təyyarələrinin 2026-cı ildə hava qüvvələrinin parkına aktiv şəkildə daxil edilməsi planlaşdırılır.

Türkiyə bu planlama ilə Yunanıstanın xüsusilə 2028-ci ildən başlayaraq “Rafale” və F-35 döyüş təyyarələri ilə qurmağı planlaşdırdığı müvəqqəti hava üstünlüyü ssenarisini alt-üst edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Yunanıstan   Eurofighter-Typhoon  


Bizi "telegram"da izləyin