Qazaxıstan Fransadan “Rafale” döyüş təyyarəsi alacağı ilə bağlı xəbərləri təkzib edib

2021/02/Rafal-1612851503.jpg
Oxunub: 1596     13:55     02 Dekabr 2023    
Qazaxıstan Fransadan “Rafale” döyüş təyyarəsi alacağı ilə bağlı xəbərləri təkzib edib.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstanın yüksək rütbəli hərbi səlahiyyətlisi bildirib.

Səlahiyyətli qeyd edib ki, bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmayıb.

“Gözəl təyyarədir, amma çox bahadır. Buna görə də, “qiymət - keyfiyyət” sualını seçərkən, biz indiyədək “Su-30SM” təyyarəsində qərarlaşmışıq. Gələn ilin əvvəlində dünyanın ən yaxşı çoxfunksiyalı döyüş təyyarəsi olan 6 ədəd “Su-30SM” təyyarəsi alacağıq”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Fransa   Rafale  


Bizi "telegram"da izləyin