Kanada 16 ədəd P-8A “Poseidon” dəniz patrul təyyarəsi alacaq

2023/12/1701507883.jpg
Oxunub: 7399     15:03     02 Dekabr 2023    
Kanada dəniz patrul təyyarələri almaqla, dəniz müşahidə, kəşfiyyat və aşkarlama imkanlarını artırır.

Ordu.az xəbər verir ki, Ottava hökuməti ilə “Boeing” arasında 16 ədəd P-8A “Poseidon” dəniz patrul təyyarəsinin tədarükü üçün təxminən 5,9 milyard dollarlıq müqavilə imzalanıb.

16 ədəd P-8A “Poseidon” dəniz patrul təyyarəsinin daxil olduğu çox milyardlıq müqavilə çərçivəsində ilk tədarüklər 2026-cı ildə həyata keçiriləcək.

Kanadaya təhvil veriləcək təyyarə 40 ildən artıq xidmətdə olan CP-140 “Aurora” dəniz patrul təyyarələrinin parkını əvəz edəcək.

Qeyd edək ki, Ottava köhnəlmiş CP-140 “Aurora” parkını əvəz etmək üçün son illərdə “Çoxməqsədli Təyyarə Layihəsi”ni (CMMA) həyata keçirməyə başlayıb və “Boeing” 2022-ci ildə Kanadaya P-8A “Poseidon” dəniz patrul təyyarəsini təklif edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   P-8A   Poseidon  


Bizi "telegram"da izləyin