Latviya IRIS-T sistemi üçün Almaniyaya sifariş verib

2023/12/1701507755.jpg
Oxunub: 7841     22:19     02 Dekabr 2023    
Latviya Almaniyanın “Diehl Defence” şirkəti ilə IRIS-T orta mənzilli Hava Hücumundan Müdafiə (HHM) sisteminin tədarükü üçün 600 milyon avro dəyərində müqavilə imzalayıb.

Ordu.az-ın xəbərinə görə, Latviyanın müdafiə naziri Andris Spruds bildirib ki, təxminən 600 milyon avro dəyərində olan sifarişin imzalanması ilə Latviya IRIS-T sistemlərindən səmərəli istifadə etmək üçün lazım olan bütün avadanlıqları təmin edəcək.

Bu orta mənzilli HHM sistemlərinin çatdırılmasına 2026-cı ildə başlanacağı açıqlanıb. Bu addımın ölkənin təbəqəli HHM imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcəyi gözlənilir.

Rəsmilər bu addımın ölkənin hava məkanını qorumaq imkanlarını artırmaqla potensial təhlükələrə qarşı daha effektiv müdafiəni təmin edəcəyini vurğulayırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   IRIS-T   Almaniya  


Bizi "telegram"da izləyin