Tayvan ordusu Çinin sahilə desant çıxarma ssenarisini simulyasiya edir

2023/12/1701507677.jpg
Oxunub: 5333     17:34     02 Dekabr 2023    
Tayvan administrasiyasının Silahlı Qüvvələri Çin ordusunun mümkün amfibiya əməliyyatını simulyasiya edən təlim keçirib.

Ordu.az xəbər verir ki, təlim Çin qüvvələrinin hücum zamanı Tayvana qarşı istifadə oluna biləcək potensial desant çıxarma nöqtəsi kimi qeyd olunan Sizhivan çimərliyində keçirilib.

Ordu rəsmiləri müdafiə birliklərinin yerləşdirilməsi üçün istifadə edilən əraziləri nəzərdən keçirmək fürsəti əldə etdiklərini açıqlayıblar.

Təlim Kaohsiunq sahillərində “Chung Ho” sinfinə məxsus tank desant gəmisindən göndərilən üç AAV-7 amfibiya desant vasitəsinin iştirakı ilə başlayıb.

Vasitələr Xüsusi Təyinatlı Qüvvələrin katerləri tərəfindən mühafizə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Çin  


Bizi "telegram"da izləyin