ZTVX və ASBOT Türkiyənin inventarına daxil edilib

2023/12/1701507617.jpg
Oxunub: 677     17:01     02 Dekabr 2023    
Türkiyə Silahlı Qüvvələrinə Zirehli Təkərli Vasitə Xilasedicisi və Nəqliyyat və İnfrastruktur Nazirliyi Dəniz İşləri Baş İdarəsinə “Liman Nəzarət Qayığı Layihəsi” çərçivəsində ASBOT təhlükəsizlik qayığı təhvil verilib.

Ordu.az xəbər verir ki,bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk bildirib.

Aktürk yerli və milli müdafiə sənayesi məhsulu silah sistemləri ilə Türkiyə Silahlı Qüvvələrinin imkan və qabliyyətlərinin günbəgün artırıldığını bildirib.

“Taktiki Təkərli Vasitələr Layihəsi çərçivəsində alınması planlaşdırılan 6 Zirehli Təkərli Vasitə Xilasedicisi noyabrın 27-də Quru Qoşunlarımızın inventarına alınıb. Bundan əlavə, nazirliyimizə tabe olan ASFAT ilə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi arasında imzalanmış “8 Liman Nəzarət Qayığı Layihəsi” çərçivəsində yerli və milli asayiş və mühafizə gəmisinin üçüncüsü ASBOT noyabrın 24-də təhvil verilib”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ZTVX   ASBOT   Türkiyə  


Bizi "telegram"da izləyin