Almaniya inventarında olan 15 “Eurofighter”i radioelektron döyüş təyyarələrinə çevirir

2023/12/1701507530.jpg
Oxunub: 7669     16:35     02 Dekabr 2023    
Almaniya hökuməti Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında olan 15 “Eurofighter Typhoon” döyüş təyyarəsinin radioelektron döyüş təyyarələrinə çevrilməsi qərarını rəsmən təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu təyyarələr “Typhoon EK” adlanacaq və “Saab”ın “Arexis” radioelektron döyüş dəsti ilə təchiz ediləcək.

Təyyarələr AGM-88E Qabaqcıl Radiasiya Əleyhinə İdarə Olunan Raketlərindən istifadə edərək, düşmənin hava hücumundan müdafiəsini yatırmaq (SEAD) və məhv etmək iqtidarında olacaq.

Bu strateji addım 1990-cı illərdən bəri istismarda olan köhnə “Tornado ECR” “swing-wing” təyyarələrini təqaüdə çıxarmağı planlaşdırır.

Almaniya HHQ və aviasiya nəhəngi “Airbus” bu qərarı birgə elan edib və Almaniya parlamentinin (Bundestaq) büdcə komitəsindən rəsmi təsdiq alıb.

“Airbus” transformasiya prosesinə nəzarət rolunu öz üzərinə götürəcək və Almaniyanın hava qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Eurofighter  


Bizi "telegram"da izləyin