“DIANA proqramı” çərçivəsində 2023-cü il proqramında iştirak edən şirkətlər açıqlanıb

2023/12/Ekran-1701507442.jpg
Oxunub: 4095     16:00     02 Dekabr 2023    
NATO-nun yeni təşəbbüsü olan Şimali Atlantika Müdafiə İnnovasiya Sürətləndiricisi “DIANA proqramı” çərçivəsində 2023-cü il proqramında iştirak edən şirkətlər açıqlanıb.

Ordu.az xəbər verir ki, NATO-nun yeni təşəbbüsü, Şimali Atlantika Müdafiə İnnovasiyalarının Sürətləndiricisi kimi ifadə edilən DIANA təşəbbüsü 2023-cü il üçün “start-up” şirkətlərə bir neçə milyon avro maliyyələşdirməyi planlaşdırırdı.

Yaxın illərdə bu məbləğin 50 milyon avroya çatdırılacağı da bildirilib. Proqramda iştirak etmək hüququ qazanan şirkətlər açıqlanıb.

Enerji Dayanıqlılığı mövzusunda “Goldilock Secure Limited, McGuire Aero Propulsion Solutions Inc, Zepher Flight Laboratories, IONATE, Ore Energy B.V. , Zelestium Technologies S.L. , Spacelis, AquaGen blue (DynoRotor Inc.), IceWind ehf, GaltTec OÜ, Kitepower (Enevate B.V.), WPE Research & Development, Texavie” adlı şirkətlər yer alıb.

Aşkarlama və Nəzarət mövzusunda “Ping Dsp Inc, Lobster Robotics B.V. , Skarv Technologies AS, Owl Integrations, DotOcean NV, HGPartners LLC – SEADAR, Dolphin Labs Ocean (CalWave), aRoboticsCompany, Grayscale AI Ltd, Marine Thinking Inc. , Elwave SAS, Water Linked AS, Aquark Technologies Limited, Sotiria Technology, Phantom Photonics” adlı şirkətlər yer alıb.

Təhlükəsiz Məlumat Paylaşımı başlığında isə “Astrolight UAB, GIM Robotics OY, VanWyn Inc. , Ephos, Anzen Technology Systems, Hushmesh Inc. , AVoptics Limited, Revobeam, Secqai Ltd, Vistareader UAB, LevelQuantum s.r.l. , Qubitrium, Neuromorphica Ltd. , Dronetag s.r.o, QuadSAT ApS, G2-Zero” adlı şirkətlər yer alıb.

Birinci mərhələdən keçənlərin hər biri 100 min avro, ikinci mərhələni keçə bilənlərin hər biri isə 6 aylıq dövr üçün hər biri 300 min avro qrant alacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DIANA-proqramı   NATO  


Bizi "telegram"da izləyin