“Alp Havacılık”dan Türkiyə müdafiə sənayesində strateji milliləşdirmə

2023/12/ASELS-1701507333.jpg
Oxunub: 2411     15:45     02 Dekabr 2023    
Əskişəhərdə yerləşən “Alp Havacılık” şirkəti bir çox beynəlxalq hərbi sabit qanad platformaları ilə S-70 “Black Hawk”, S-70 “Seahawk”, S-76, S-96, CH-47, CH-53, T-70, “Gökbey”, “Atak-II”, “Kaan”, “Boeing” və “Airbus” seriyalı sərnişin təyyarələri üçün alt sistemlər istehsal edir.

Ordu.az xəbər verir ki, “Sikorsky”, “Honeywell” və “Collins” kimi nəhənglər üçün dişli çarxlar istehsal edən “Alp Havacılık” aviasiyada qazandığı istehsal təcrübəsini qüllə sistemlərində istifadə edilən “Rulman Dişli”lərə də köçürür.

“Alp Havacılık” quruda və dəniz platformalarında geniş şəkildə istifadə olunan sistemlərin dəqiq fırlanmasına imkan verən ənənəvi metodlardan kənarda “Slewing Bearing” dişli çarxları dizayn edir.

ASELSAN-ın etimadına uyğun olaraq həyata keçirilən əməkdaşlıq çərçivəsində “Advanced Slewing Bearing” adlı məhsulu dizayn edən “Alp Havacılık” məhsul dizaynında digər mexanizmlərdən fərqli olan, həssaslıq və performans problemlərini minimuma endirəcək yeni nəsil metal yapışdırma texnologiyasına əsaslanan xüsusi bir araşdırma aparır.

Dizayn edilən məhsul müxtəlif fırlanan masa və qüllə sistemlərində istifadə edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Alp-Havacılık   Türkiyə  


Bizi "telegram"da izləyin