Esma Özdaşlı: “Ermənistan dövlətinin yaranması ilə bölgədə terrorçuluğun əsası qoyulub”

2023/12/1701506289.jpg
Oxunub: 4742     12:27     02 Dekabr 2023    
“Ermənistan dövlətinin yaranması ilə həm də regionda terrorçuluq fəaliyyəti başlayıb”.

Ordu.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Esma Özdaşlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunmuş beynəlxalq Turan konfransında çıxışı zamanı deyib.

O xatırladıb ki, indiki Ermənistan ərazisi əslində türk torpaqlarıdır: “Ona görə də biz deyə bilərik ki, bu dövlətin yaranması ilə bölgədə terrorçuluğun əsası qoyulub. Ermənistanı monoetnik dövlət olması da diqqət çəkir".

Ekspertin sözlərinə görə, əgər bu gün tarixi türk torpaqları olan İrəvanda bir nəfər belə türk yoxdursa, deməli, soyqırım törədən Ermənistan özüdür və Türkiyəyə qarşı iddialar əsassızdır.

O əlavə edib ki, erməni terrorçular çoxlu sayda Azərbaycan və Türkiyə siyasətçinə sui-qəsd həyata keçirib: “Qərb isə erməni terror təşkilatlarını həmişə müdafiə edib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin