Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Gənclərin səsi” təşkilatının təsisçisi, erməni ictimai xadim Hovhannes Harutyunyan deyib.
Onun sözlərinə görə, müxalifət qüvvələri nə qədər siyasi müstəvi yaratmağa çalışsalar da, ən yüksək siyasi postları tutanlar öz siyasətlərini xuliqan səviyyəsində təsəvvür edirlər.
“Ermənistan uçuruma doğru gedir və bu hökumətin vəzifəsi milli simasını dəyişməkdir. VII sinif “Ermənistan tarixi” dərsliyi buna sübutdur. Ermənistanın hakimiyyət vektoru Qərbdə və ya Rusiyada deyil, Türkiyə və Azərbaycandadır”, - deyə Harutyunyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az