“Son 5 ildə ordumuzun başına gələnlər özlüyündə silahlı qüvvələrə və onun zabit heyətinə böyük zərbədir” - Abrahamyan

2023/04/4fbe4-1680327938.jpg
Oxunub: 2567     16:40     02 Dekabr 2023    
“Son 5 ildə ordumuzun başına gələnlər özlüyündə silahlı qüvvələrə və onun zabit heyətinə böyük zərbədir”.

Ordu.az xəbər verir ki, bunu erməni deputat Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.

Abrahamyan qeyd edib ki, Ermənistan ordusunda mənəvi-psixoloji problem varsa, bu, avtomatik olaraq ordunun döyüş qabiliyyətinə təsir edir.

“Ölkəyə rəhbərlik edən şəxs öz siyasi və təbliğat maşını ilə zərbələri orduya, zabit heyətinə və silahlı qüvvələrdəki adət-ənənələrə cəmləyə bilməz və bu, silahlı qüvvələri böhrana sürükləməyəcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu  


Bizi "telegram"da izləyin