44 günlük müharibə zamanı hərbi hissəni tərk edən erməni əsgərlər məhkəmə qarşısına çıxıblar - Onları nə gözləyir?

2021/08/46775-1629721989.jpg
Oxunub: 4467     15:56     02 Dekabr 2023    
44 günlük müharibə zamanı hərbi hissəni tərk edən erməni əsgərlər məhkəmə qarşısına çıxıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “ArmLur.am” nəşri yazıb.

Gevorq Hakopyan, Manuk Manukyan, Vahe Babayan və Qor Aleksanyana qarşı ittiham irəli sürülüb ki, onlar 2020-ci il oktyabrın 12-də elan edilmiş hərbi vəziyyət şəraitində xidmət yerinə getmək əvəzinə, hərbi xidmətdən müvəqqəti yayınmaq niyyəti ilə yaşayış yerinə gediblər, 2020-ci il noyabrın 18-nə qədər üzrlü səbəblər olmadan xidmət yerində olmayıblar və 240 saatdan artıq müddət ərzində özbaşına şəkildə xidmətdən yayınıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Fərari  


Bizi "telegram"da izləyin