Türkiyəli ekspert: “Ermənistanda uşaqları terror təşkilatına cəlb edirlər”

2023/12/10853-1701502082.jpg
Oxunub: 6461     11:20     02 Dekabr 2023    
Türkiyəli siyasi ekspert Deniz Atasoy Ermənistanda uşaqların terror təşkilatına cəlb olunduğunu deyib.

Ordu.az xəbər verir ki, bunu D.Atasoy Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunmuş beynəlxalq Turan konfransında çıxışı zamanı deyib.

Ekspert qeyd edib ki, dünya gözlərini haqsızlığa qarşı yumur.

O bildirib ki, ermənilər daim terrorçulardan geniş istifadə ediblər: “Onlar bunun üçün müxtəlif terror təşkilatları ilə işləyirlər”.

Ekspertin sözlərinə görə, bu gün terrorizm dünyada geniş yayılıb: "Bu məsələ beynəlxalq təhlükəsizliyə təhdid yaradır. Ona görə də terrorizmə qarşı ciddi mübarizə aparılmalıdır".

D.Atasoy qeyd edib ki, terrorizm hər ötən gün güclənir: “Məsələn, VOMA Ermənistanın terror təşkilatıdır. 2014-cü ildə yaradılıb. Bu təşkilatın terror təşkilatı olduğunu qəbul etməyimiz üçün kifayət qədər dəlil var. Yəni onun sırf humanitar xarakterli olduğuna dair iddialar əsassızdır”.

Ekspert vurğulayıb ki, bu təşkilatın fəaliyyətində Azərbaycan və Türkiyəyə qarşı aqressiya xüsusi yer tutur: “16 yaşdan yuxarı gənclər bu təşkilata cəlb olunur. Uşaqların təşkilata cəlb olunması sosial media vasitəsilə manipulyasiya aparılır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan   Terror  


Bizi "telegram"da izləyin