Şəhid valideynləri Naxçıvandan Şuşaya yola düşüb

2023/12/16778-1701501204.jpg
Oxunub: 1778     11:01     02 Dekabr 2023    
Bu gün 20 şəhid valideyni Naxçıvandan Şuşaya yola düşüb.

Ordu.az xəbər verir ki, səfəri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təşkil edib.

Şəhid valideynləri Qarabağın tacı Şuşada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar, qədim şəhərin tarixi yerlərinə baş çəkəcəklər.

Həmçinin şəhid ailələri Xocavənd rayonuna da gedəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Şuşa  


Bizi "telegram"da izləyin