“Joğovurd”: Nikol Paşinyana daha bir səlahiyyət veriləcək

2023/11/image-1701069675.jpg
Oxunub: 6727     12:57     02 Dekabr 2023    
Hələ 2018-ci il iyulun 20-də Nikol Paşinyan bəyan etmişdi ki, Baş nazirin səlahiyyətlərinin azaldılması istiqamətində addımlar atmaq niyyəti var. Bundan sonra onun hərəkətləri ifadələrlə ziddiyyət təşkil edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, məsələ ondadır ki, Paşinyana başqa səlahiyyət veriləcək.

“Bundan sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru və onun müavinlərini prezident deyil, Baş nazir vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək. Əsas kimi xidmətin Baş nazirə tabe olması göstərilir. Beləliklə, Nikol Paşinyana daha bir səlahiyyət veriləcək, halbuki əvvəllər həmin Paşinyan super baş nazirlikdən şikayətlənirdi”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin