Ermənistan hökumətində rus “casusu”? DİN rəhbərinin istefası tələb edilir

2023/12/image-1701500553.jpg
Oxunub: 3037     12:15     02 Dekabr 2023    
Bəzi məlumatlara görə, bir sıra Qərb ölkələri və strukturları Nikol Paşinyandan daxili işlər naziri Vahe Qazaryanı Ermənistan hökumətində rus “casusu” hesab edərək, onun vəzifəsindən azad edilməsini tələb edirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, məsələ burasındadır ki, son aylarda Ermənistanın yüksək rütbəli məmurları KTMT və MDB-nin demək olar bütün hadisələrini nümayişkaranə şəkildə rədd etdikləri halda, Vahe Qazaryan sentyabrda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının Qırğızıstanın İssık-Kulşəhərində baş tutan növbəti iclasında iştirak edib.

“Rəsmi dairələrdən öyrəndik ki, Paşinyan bu tələbə müqavimət göstərir, çünki Vahe Qazaryan sinif yoldaşıdır və onun etibarından bəhrələnir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hökumət   Rus-casus  


Bizi "telegram"da izləyin