“Yuxarı Lars”dakı vəziyyət Rusiyanın Ermənistana açıq yox, gizli siyasi təzyiqi ola bilər” - Georgi Bovt

2023/12/1701500403.jpg
Oxunub: 4106     11:34     02 Dekabr 2023    
“Yuxarı Lars” keçid məntəqəsindəki vəziyyət Rusiyanın Ermənistana açıq yox, gizli siyasi təzyiqi ola bilər”.

Ordu.az xəbər verir ki, bunu politoloq Georgi Bovt deyib.

“Bu, Rusiya tərəfindən Ermənistana gizli siyasi təzyiqdir. İrəvana işarə edirlər ki, onun siyasətində nəsə Moskvanın xeyrinə deyil. Bunlar Qərb dövlətləri ilə hərbi cəbhədə təmaslar, Ermənistan rəhbərliyinin müxtəlif nümayəndələrinin Rusiyaya ünvanladığı bir sıra bəyanatlar və Ermənistanın KTMT-də iştirakdan çıxmaq istəməsidir”, - deyə Bovt qeyd edib.

Ekspert bildirib ki, Rusiya Ermənistanın ən mühüm xarici ticarət tərəfdaşıdır.

“Ermənistanın bu yoldan başqa yolu və çıxış yolu yoxdur. Rusiya Ermənistanın ən mühüm xarici ticarət tərəfdaşlarından biridir. Ona görə də bu istiqamət çox vacibdir, əgər orada hər hansı tıxanma olarsa, bu, birbaşa Ermənistanın iqtisadiyyatına təsir edəcək”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin