Hindistanlı kişi Ermənistanda bilmədən hərbi palto geyindiyinə görə təhqir edilib

2023/12/XCXC--1701500257.jpg
Oxunub: 433     11:00     02 Dekabr 2023    
Daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin paltosunu geyinmiş əcnəbi kişinin videosunu paylaşan “Facebook” istifadəçisi Movses Harutyunyan yeni paylaşım edib.

Ordu.az-ın xəbərinə görə, Harutyunyan bildirib ki, ötəngünkü videoda zərərçəkən hindistanlı bu paylaşıma cavab verib, bunun sayəsində müxtəlif həmyerliləri onunla əlaqə saxlayıb və ona yeni palto alıblar.

“Mənə görə, onlar insanlarla insan kimi davranan və öz ölkələrinin adının lənətlənməsini istəməyən vətənpərvər insanlardır”, - deyə o qeyd edib.

Hindistanlı kişi Movses Harutyunyana yazıb ki, kuryerdir, paltonu bazardan alıb və səhv iş gördüyünü bilmir. Onun sözlərinə görə, hadisədən sonra çətinlik çəksə də, 15 gün işə gedə bilməyib.

Xatırladaq ki, videoda naməlum şəxs kobud və təhqiramiz sözlərlə əcnəbini hərbi paltonu çıxarmağa məcbur edir. Hadisədən sonra Ermənistanın Ombudsman Aparatı yayılan videonun araşdırıldığını açıqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Ermənistan  


Bizi "telegram"da izləyin