“Nurol Makina” beynəlxalq bazarlarda uğurlarını artırmağa hazırlaşır

2023/12/2023--1701496241.jpg
Oxunub: 3683     11:45     02 Dekabr 2023    
Türkiyə müdafiə sənayesi həyata keçirdiyi tədarük zənciri strategiyası, eləcə də son zamanlar inkişaf etdirdiyi unikal məhsulların performansı ilə beynəlxalq bazarlardakı uğurlarını artırır.

Ordu.az xəbər verir ki, Türkiyənin zirehli quru platforması istehsalçısı “Nurol Makina” tərəfindən hazırlanan platformalar 20-dən çox ölkədə istifadə olunur.

NATO-ya üzv iki ölkənin üstünlük verdiyi platformaların yeni ölkələrin istifadəsinə verilməsi üçün danışıqlar davam edir.

Bu uğurun arxasında platformaların döyüş meydanındakı yüksək performansı və xüsusilə yerli istehsalçılarla yaradılmış güclü təchizat strategiyası mühüm paya malikdir.

“Nurol Makina” təchizat zənciri strategiyası ilə bütün dizayn, istehsal, keyfiyyət, planlaşdırma, təchizat, köməkçi sənayenin qiymətləndirilməsi və inkişaf etdirilməsi, məhsula dəstək funksiyalarını özündə birləşdirən bir struktur yaradıb.

Bu kontekstdə, layihə ehtiyaclarına uyğun olaraq məhsulu optimal vaxt və xərclə mənbəyindən istehlak nöqtəsinə çatdıran effektiv təchizat zənciri qlobal miqyasda müştəri gözləntilərini qarşılayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nurol-Makina   Türkiyə  


Bizi "telegram"da izləyin