Türkiyə müdafiə sənayesinin 2024-cü ildə iştirak edəcəyi sərgilər açıqlanıb

2023/12/2023--1701496129.jpg
Oxunub: 3664     11:29     02 Dekabr 2023    
Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) 2024-cü ildə 6 sərgidə milli iştirakın olacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesinin qitələrarası səyahəti Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, Malayziya, İndoneziya və Pakistana olacaq.

Türkiyə milli iştirakının təmin olunacağı sərgilər bunlardır:

1) “World Defence Show 2024”, 4-8 fevral 2024-cü il, Səudiyyə Ərəbistanı, Ər-Riyad

2) DIMDEX 2024: 4-6 mart 2024-cü il, Qətər, Doha

3) DSA 2024 & NATSEC 2024, 6-9 may 2024-cü il, Malayziya, Kuala-Lumpur

4) ADEX 2024: 24-26 sentyabr 2024-cü il, Azərbaycan, Bakı

5) INDO DEFENSE EXPO & FORUM 2024: 6-9 noyabr 2024-cü il, İndoneziya, Cakarta

6) IDEAS 2024: 19-22 noyabr 2024-cü il, Pakistan, Kəraçi

Türkiyə müdafiə sənayesi 2023-cü ildə Braziliyadakı LAAD və Tailanddakı “Defence&Security” sərgilərində milli olaraq iştirak edib.

Sərgidə iştirak edən şirkətlərə milli iştirak çərçivəsində dövlət tərəfindən müxtəlif dəstəklər verilir. Türkiyə müdafiə şirkətləri “milli iştirak”dan başqa, özləri üçün vacib hesab etdikləri ölkələrdə müxtəlif sərgi və tədbirlərə qatılaraq, ixrac imkanları üçün səy göstərəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK  


Bizi "telegram"da izləyin