SDT-dən İnteraktiv Piyada Taktiki Təlim Simulyatoru: “Muharebesim” (VİDEO)

2023/12/2023--1701496039.jpg
Oxunub: 7897     11:13     02 Dekabr 2023    
Radioelektron döyüş, rabitə, simulyasiya, təlim və missiya sistemləri sahələrində fəaliyyət göstərən SDT şirkəti inkişaf etdirdiyi məhsul və sistemlərdə yüksək texnologiya ilə seçilir.

Ordu.az xəbər verir ki, təhlükəsizlik qüvvələrinin isti qarşıdurma öncəsi əməliyyatlara hazırlanmasında təlim simulyatorlarının böyük əhəmiyyəti var.

SDT mühəndisləri tərəfindən son istifadəçinin ehtiyaclarına uyğun olaraq hazırlanan Döyüş Simulyatoru “Muharebesim” real təlim şərtlərini virtual dünyanın imkanları ilə birləşdirərək, təlim performansını artırmağı hədəfləyir.

“Muharebesim” ilə şəxsi heyət təkbaşına və ya komanda şəklində taktiki təlim keçə, müxtəlif silah növləri ilə döyüş mühitini real parametrlərdə rəqəmsallaşdıra, simulyasiya üsulları ilə yeni taktikalar inkişaf etdirə, möhkəmləndirmə təlimi keçirə bilər.

Simulyatorda atış və atıcı aşkarlama sistemləri var. İstənilən halda əvvəlcədən təyin edilmiş 100-dən çox ssenarisi olan “Muharebesim”ə yeni inkişaf etmiş simulyasiya ssenariləri əlavə edilə bilər.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SDT   Muharebesim  


Bizi "telegram"da izləyin