Aİ ölkələrinin müdafiə sahəsində vahid bazarının yaradılması təklif edilib

2023/12/2023--1701495883.jpg
Oxunub: 2269     10:55     02 Dekabr 2023    
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Aİ Komissiyasının sədri Ursula von der Leyen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Avropa Müdafiə Agentliyinin illik konfransının açılışında çıxış ediblər.

Ordu.az xəbər verir ki, Aİ ölkələrinin müdafiə sahəsində vahid bazar yaratmasını təklif edən Mişel bu məqsədlə 4 başlıq altında təkliflər irəli sürüb.

Mişel bildirib ki, ilk növbədə üzv ölkələrin müdafiə xərcləri daha koordinasiyalı hala gətirilməli, Avropa Müdafiə Agentliyi Avropa Müdafiə Nazirliyi kimi bir quruma çevrilməli, üzv dövlətlərlə sıx təmasda ortaq satınalmalar həyata keçirməli və onların maliyyələşdirilməsini koordinasiya etməlidir.

İkinci olaraq Mişel üzv dövlətlər arasında Aİ daxilində hüquqi tənzimləyici bazanın uyğunlaşdırılmasının vacibliyini qeyd edib: “Tankların və ya Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin alınması kağız və printerlərin alınması ilə eyni deyil. Dövlət satınalmaları və birgə satınalmalar müdafiə sektorunun xüsusiyyətləri və geosiyasəti ilə daha çox uyğunlaşdırılmalıdır”.

Mişel üçüncü olaraq müdafiə sənayesində maliyyələşdirməni artırmalı, müdafiə şirkətlərinə uzunmüddətli müqavilələr verməli olduqlarını və son olaraq Avropanın təsirini artıracaq HHM qalxanı kimi konkret layihələrə diqqət yetirməli olduqlarını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Komissiya  


Bizi "telegram"da izləyin