Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 170 min nəfər artıb

2022/09/1663927456.jpg
Oxunub: 330     22:30     01 Dekabr 2023    
Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat səviyyəsinin müəyyən edilməsi haqqında” fərman imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi isə fərmanının təfərrüatlarını açıqlayıb.

Belə ki, fərmana əsasən, Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat vahidi 1 milyon 320 min nəfərdən 2 milyon 209 min130 nəfərə qədər artırılıb.

Bu, rəqəm əvvəlkindən 170 min nəfər çoxdur.

Sayın artması müqavilə əsasında hərbi xidmət keçmək arzusunda olan vətəndaşların hesabına baş verib.

Bildirilib ki, vətəndaşların müddətli hərbi xidmətə çağırışının əhəmiyyətli dərəcədə artırılması, səfərbərlik nəzərdə tutulmur.

Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının artması Rusiya Federasiyasına xüsusi hərbi əməliyyatlarla bağlı təhdidlərin çoxalması və NATO-nun davam edən genişlənməsi ilə bağlıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ordu  


Bizi "telegram"da izləyin