Ermənistanda hərbçi yol qəzasında həlak olub

2023/12/1701438692.jpg
Oxunub: 3033     17:28     01 Dekabr 2023    
Ermənistanda zəncirvarı yol qəzasında biri hərbçi olmaqla, iki nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata əsasən, İrəvan-Gümrü yolunda 3 avtomobilin toqquşması ilə zəncirvari yol qəzası baş verib. BMW, Ford və Mercedes-Benz markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes”in sürücüsü və sərnişini hadisə yerində ölüb.

Qəza nəticəsində 3 nəfər ağır və orta ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xilasedicilər onları xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən çıxarıblar.

Həmçinin qeyd olunub ki, ölənlərdən biri hərbçi olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbçi   Ölüm  


Bizi "telegram"da izləyin