Zaxarova: "Zelenskini rahat buraxmayacağıq"

2018/04/567567_1523532664.jpg
Oxunub: 3513     15:26     01 Dekabr 2023    
Ukrayna artıq Qərb mediası üçün maraqlı deyil.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında yazıb.

O bildirib ki, Qərb mediası artıq Ukrayna ilə hətta anti-Rusiya təxribatları formasında belə maraqlanmır.

"Sergey Lavrovun Skopyedəki mətbuat konfransı təxminən 1,5 saat davam edib. Qərb mediası artıq Ukrayna ilə maraqlanmır, hətta anti-Rusiya təxribatları formasında belə. Mövzunu (Ukrayna mövzusunu – red.) söndürüblər. Amma biz Zelenskini rahat buraxmayacağıq", - deyə Zaxarova yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Zelenski  


Bizi "telegram"da izləyin