Putin TŞ üzvləri ilə ölkənin təhlükəsizliyinin təmin edilməsini müzakirə edib - YENİLƏNİB

2023/09/1696050351.jpg
Oxunub: 2191     16:14     01 Dekabr 2023    
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə video-əlaqə rejimində müşavirə keçirib.

Ordu.az xəbər verir ki, məlumatı Kremlin saytı yayıb.

Bildirilib ki, müşavirədə ölkənin təhlükəsizliyinin təmin edilməsi əsasında texnoloji suverenliyə nail olmaq məsələsi müzakirə edilib.

***

Rusiya Prezidenti Vladimir Putin Novo-Oqaryevoda Təhlükəsizlik Şurasının daimi üzləri ilə dekabrın 1-də görüş keçirəcək.

Ordu.az Rusiya Kİv-inə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov bildirib.

O, Vladimir Putinin Oqaryevoda fəaliyyətini davam etdirdiyini də qeyd edib: “Günorta saatlarında o, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə məsləhətləşmələr aparmaq niyyətindədir”.

D. Peskov daxili məsləhətləşmənin qapalı keçəcəyini də vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin