Tərtərdə xeyli sayda sursat aşkarlanıb - FOTOLAR

2023/12/22289-1701420692.jpg
Oxunub: 3419     12:27     01 Dekabr 2023    
Tərtər rayonunda xeyli sayda sursat aşkar edilib.

Bu barədə Ordu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, daxili işlər orqanlarının əməkdaşları xidmətdə olan zaman rayonun Təpəkənd kəndi ərazisindən 25 mindən çox müxtəlif çaplı patronlar və 33 müxtəlif növ mərmilər aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Tərtər   Sursat  


Bizi "telegram"da izləyin