“Airbus” “Eurofighter” təyyarələrini inkişaf etdirəcək - “Eurofighter EK” gəlir

2023/12/Eurof-1701418009.jpg
Oxunub: 413     16:19     02 Dekabr 2023    
Hələ də Türkiyənin gündəmində olan “Eurofighter” təyyarələri yeni bir missiya üzərində işləməyə başlayıb.

Ordu.az xəbər verir ki, “Airbus” SEAD olaraq adlandırılan Düşmənin Hava Hücumundan Müdafiəsinin Aşılması missiyası üçün “Eurofighter” təyyarələrini inkişaf etdirəcək.

“Eurofighter EK” adlanacaq təyyarə uzun illər istifadə edilən “Tornado”ları əvəz edəcək.

Düşmənin Hava Hücumundan Müdafiə (HHM) sistemlərini uzaq məsafədən aşkarlayacaq “Eurofighter EK” radiasiya əleyhinə raketlərlə atəş açacaq. Beləliklə, düşmənin HHM sistemi sıradan çıxacaq.

Almaniya parlamentinə təqdim edilən təklifin qısa müddətdə təsdiqlənməsi və büdcənin çıxarılması hədəflənir. Bu layihədə “Saab” istehsalı olan radioelektron sistemlərə əlavə olaraq təyyarədə ABŞ-dən alınacaq AARGM radiasiya əleyhinə raketlərdən də istifadə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus   Eurofighter  


Bizi "telegram"da izləyin