Ermənistanda müharibə ilə bağlı istintaq komissiyası öz işini yekunlaşdırır, 2 ay sonra hesabat olacaq

2023/12/timth-1701416259.jpg
Oxunub: 5251     15:54     01 Dekabr 2023    
44 günlük müharibə ilə bağlı parlament istintaq komissiyası dekabrın 3-də işini başa çatdıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, iş başa çatdıqdan sonra komissiya öz nəticəsini və müharibə şəraitinin öyrənilməsinin nəticələrini təqdim edən icmal hesabat dərc etməlidir.

İstintaq komissiyasının üzvü, Paşinyanın fraksiyasından olan erməni deputat Kristine Poğosyan nəşrə açıqlamasında bildirib ki, komissiya yekun hesabatı səlahiyyətləri bitdikdən 2 ay sonra təqdim edəcək.

“Belə çıxır ki, parlament istintaq komissiyası artıq fevral ayında hesabat təqdim etməlidir. Aydındır ki, onlar Nikol Paşinyanı müharibənin bağışlanmaz günahlarından təmizləmək niyyətindədirlər, buna görə də Andranik Köçəryan şoular hazırlayır”, - deyə nəşr əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İstintaq  


Bizi "telegram"da izləyin