Ermənistanda hakimiyyəti devirməyə cəhd edən keçmiş mer həbsdə qalacaq

2023/12/image-1701416142.jpg
Oxunub: 7171     15:30     01 Dekabr 2023    
Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvanın keçmiş şəhər başçısı Albert Bazeyanın həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə vəsatət təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, təbii olaraq məhkəmə vəsatəti təmin edib və Bazeyan 2024-cü il yanvarın 23-dək həbsdə qalacaq.

“Yeri gəlmişkən, bizə çatan xəbərlərə görə, o, məhkəmədə həbs müddətinin uzadılması faktına çox ciddi yanaşıb və heç bir qruplaşma ilə əlaqəsinin olmadığını, heç bir şey təşkil etmədiyini bəyan edib. Üstəlik, Albert Bazeyan ağır xəstədir, lakin hakim Martin Arzumanyan bu halı nəzərə almayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Mer  


Bizi "telegram"da izləyin